Şirvan-Salyan Regional Təhsil İdarəsinin media üçün açıqlaması

Şirvan şəhər 5 nömrəli “Bənövşə” körpələr evi-uşaq bağçası ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar bildiririk ki, həmin videogörüntülərdə səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Tərbiyəçi-müəllimlərin sentyabr ayı üçün əməkhaqları digər aylarda olduğu kimi hesablanmışdır və plastik kart hesablarına köçürüləcəkdir.
Qeyd etmək istəyirik ki, həmin məktəbəqədər təhsil müəssisəsində idarə əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq zamanı müəssisənin bir neçə əməkdaşının müəssisənin daxili nizamnaməsi ilə təsdiq olunmuş iş qrafikinə əməl etməyərək, əmək intizamını pozduğu aşkar edilmişdir. Hal-hazırda həmin şəxslər barəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.
Bildirmək istəyirik ki, bütün təhsil müəssisələrində müəssisənin daxili nizamnaməsi ilə təsdiq olunmuş əmək intizamına riayət etmək hər bir əməkdaşın vəzifəsidir. Təhsil müəssisələrinin bütün pedaqoji və inzibati heyətinin bu qayda və prosedurlara əməl etməsini xahiş edirik.
Paylaş: