Masallıda 22 yaşlı gənc çayda boğularaq ölüb

Masallıda çayda çimən gənc boğulub.

Regioninfo xəbər verir ki, Yardımlı rayonundan Masallı İstisuya dincəlməyə gələn 22 yaşlı Elgün Məmmədov çayda çimərkən boğularaq ölüb. Onun meyitini ətrafdakılar sudan çıxarıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: