Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” adlı 29-cu ali səviyyəli toplantı keçirilir.
“Report” xəbər verir ki, toplantıda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri Mariya Fernanda Espinosa və digər xarici qonaqlar iştirak edir.
Qeyd edək ki, toplantı 19-20 iyun tarixlərində Bakıda, 21 iyunda isə Zəngilanda davam edəcək.