Cəlilabadda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında yaralananların durumu açıqlanıb – FOTO – VİDEO – YENİLƏNİB-2

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Regioninfo-nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 09:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan on nəfər (səkkiz qadın, iki kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıların siyahısı:

1.Abasova Pərvanə Yusif qızı (1980)

2.Babayeva Zəminə Fərhad qızı (1974)

3.Əliyeva Təranə Ağamirzə qızı (1973)

4.Cavadova Aynurə Tofiq qızı (1980)

5.Baxşəliyeva Xatirə Xudaş qızı (1965)

6.Babayeva Ülviyyə Allahbağır qızı (1978)

7.Əsgərova Nigar Ağahüseyin qızı (1961)

8.Əsgərova Rəvanə Kamil qızı (1987)

9.Bağırov Elşad Bağır oğlu (1967)

10.Əsgərov Özcan Elşad oğlu (2019)

Onlara müxtəlif bədən nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda xəsarət alanlardan üç nəfərin vəziyyəti orta ağır, yeddi nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Şükürova Kəmalə İsaq qızı (1970) və Kazımova Səbiyyə Məhərrəm qızı (1960) isə vəfat edib.

11:35

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Regioninfo-nun  sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.

11:18

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Regioninfo-nun məlumatına görə, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: