Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Canlı əfsanə sərt danışdı!

UEFA Hakimlər Komitəsinin sədri Pierluci Kollina hakimlərin futbolun imicini qoruması lazım olduğunu bildirib.

UEFA-nın internet saytında yer alan xəbərə görə, canlı əfsanə hesab edilən italyan hakim və UEFA Hakimlər Komitəsinin sədri Kollina, “futbolçuların oyun oynamasını təmin etməyimiz lazımdır. Buna görə də onlar meydanda qorunmalıdır. Bilərəkdən və ya bilməyərəkdən edilən müdaxilələrdən sonra əlillik riskinə qarşı oyunçuların gələcəkdə çətinliyə düşməsini istəmirik”, söyləyib.

Oyunçuların rəqiblərinə qarşı hörmət etmək məcburiyyətində olduqlarını bildirən Kollina, “hakimlər dəqiq qol imkanında rəqibinə müdaxilə edən futbolçuları cəzalandıracaq. Bundan başqa, hakimlər rəqibini provokasiyaya çəkən və təcavüzkar davranış göstərən oyunçulara da tolerantlıq göstərməyəcək”, – deyə bildirib.

Kollina hakim və futbolçuların bir-birlərinə qarşılıqlı şəkildə daha çox hörmət göstərmələri lazım olduğunu vurğulayaraq, “əgər bu olarsa, meydançada hər kəs öz işini daha yaxşı görəcək. Azarkeşlər üçün də daha əyləncəli bir qarşılaşma olacaq. Beləliklə, tamaşaçıya daha çox ehtiram göstərmiş olacaqsınız. Futbol gözəl bir oyundur və biz bunun belə olmasını istəyirik”, açıqlamasında verib./FaktXəbər