Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi I oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda təsdiqlənib.

Regioninfo.az-ın xəbərinə görə, qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur. Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100 faizinin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Gülxar