Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Rusiyada kənd təsərrüfatı naziri həbs edildi

Rusiyanın Zabaykale vilayətinin kənd təsərrüfatı naziri həbs olunub.

Trend-in məlumatına görə, vilayətin kənd təsərrüfatı naziri Mixail Kuzminov 2 ay müddətinə həbs edilib.

Məlumata görə, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Qeyd edək ki, onun adı 2017-ci ildə vilayətdə yay quraqlığı dövründə ayrılan vəsait məsələsində hallanır.