Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Rusiyada içində xəstələr olan helikopter yandı: 2 ölü, 4 yaralı

Rusiyanın Tomsk vilayətində Mi-8 helikopteri enmə zamanı yanıb.

“İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, pasiyentlər və ekipaj üzvləri olmaqla, helikopterin içində olan altı nəfər zərər çəkib.