Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

“Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi prezident seçkilərinin ertələnməsinə ideal baxdığını bəyan etdi.

 

«Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyi Azərbaycanda vaxtından əvvəl növbədənkənar prezident seçkilərinin elan edilməsi, milli maraqlar və dövlət mənafeyi baxımından, düzgün qərar kimi qiymətləndirilir. Təşkilat rəhbəri Əsgər Məmmədovun imzaladığı  sənəddə deyilir ki, qanuni baxımından seçkilərin vaxtını dəyişmək, onu irəli çəkərək, növbədənkənar seçkilər təyin etmək dövlət başçısının konstitusion hüququdur: «Çünki ölkənin mənafeyi və milli maraqları hər hansı siyasi partiya və fərdlərinkindən daha üstündür. Ölkə rəhbərinin növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı Sərəncamı, onun indiki səlahiyyət müddətini 6 ay azaltsa da, burada hansısa fərdlərin və partiyaların yox, dövlətin maraq və mənafeyinin nəzərə alındığını açıq¬aşkar göz önünə gətirir. Elə buradanca, möhtərəm prezident İlham Əliyev cənablarının niyə belə qərar verdiyini anlamaq olar. Bu qərarın kökündə Azərbaycan mənafeyi qurduğundan, ona dəstək verməmək olmaz. Yazda qonşu ölkələrdə keçiriləcək seçkilər, eyni zamanda, qardaş Türkiyədə baş verən müəyyən proseslər fonunda yay aylarının dünyada siyasi istirahət mövsümü olduğunu nəzərə alsaq, payızadək yay dövrü itirilmiş vaxt kimi qəbul edilir. Yəni Ermənistan və Rusiya payıza hazırlıqlı çıxacaqdılar, Azərbaycan isə, payızda hələ seçkilərə hazırlaşmalı, seçim keçirilməliydi. Bu da, bizim üçün siyasi baxımdan mühüm vaxt itkisi demək idi. Sözsüz ki, Ermənistanın idarəetmə sistemində ümumi dəyişiklik baş verəcəkdi. Təbii ki, bunun Qarabağ məsələsinə də birbaşa aidiyyatı olacaqdı. Ermənilər həmişə hakimiyyət dəyişikliyindən sonra, danışıqlara artıq yeni prizmadan baxırlar və çalışırlar ki, vaxt uzatmaq məqsədilə, hər şeyi yenidən başlasınlar. Sistem dəyişikliyindən sonra isə, indiki status-kvonu saxlamaq və manevr imkanları baxımından əllərinə daha yaxşı fürsət düşəcəkdi. Bu səbəbdən də, Qarabağ probleminin həllini ləngitmək üçün, müəyyən işlər görməyə çalışacaqdılar. O zaman Azərbaycan tərəfi ya adekvat addımlar atmaq, yaxud da artıq gözləmə mərhələsi bitdiyi üçün, çox sərt tədbirlər görmək məcburiyyətində qalacaqdı. Əgər seçkilər payıza qalsaydı, ermənilərin bu planlarının qarşısını almaq mümkün olmayacaqdı. Ona görə də, prezident seçkilərin ertələnməsi doğru yanaşmadır”.      Bəyanat müəllifləri rəsmi sənədlərində dönə¬dönə qeyd edirlər ki, prezident  seçkilərinin vaxtının irəli çəkilməsi ilə bağlı bu qərarın dövlətimizin  mənafeyi, mill maraqlarımız zəruriliyindən irəli gəlməsinə artıq bütün Azərbaycan cəmiyyəti şübhə etmir. Onun mahiyyətində  duran incəliklərin kökündə ağrılı Qarabağ problemimizin, Azərbaycanın beynəlxalq arenada uğurlarının genişlənməsinin, Qərb- İslam-Türk dünyası gərginliyi təhlükəsindən doğma Vətənimizin sığortalanmasının durması xalqımıza ruh verir: «Ümumiyyətlə,
seçkilərdə İlham Əliyevin qalib gələcəyinə də şübhə etmirik. Zənnimizcə, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Çünki İlham Əliyev dünya miqyasında tanınan prezidentdir və  onu dünya birliyi də çox yaxşı tanıyır.  Bu səbəbdən, onun seçkilərdən dərhal sonra, bizim üçün daha vacib olan Qarabağ münaqişəsini həll edəcəyinə inamımız daha da artıb.
Prezidentimizin bu addımı daha çox bu vacib amilə hesablandığından, doğma torpaqlarımızın azad ediləcəyi həmin günü səbirsizliklə gözləyir, azad və demokratik prezident seçkilərində hamını xalqımızın iradəsinin düzgün seçimini dəstəkləməyə çağırırıq!,».

Onu da nəzərinizə çatdırırıq ki, seçki prizmasından ölkəmizin mənafeyini və milli maraqlarımızı hər hansı partiya və fərdlərinkindən daha üstün bilən  «Demokratik Cəmiyyətin İnkişafına Yardım» İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üvzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi, gəlir əldə etməyi nəzərdə tutmayan qeyri¬hökumət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir. 2005-ci il 31 may tarixində dövlət qeydiyyatına alınan bu təşkilatın əsas məqsədi cəmiyyətimizdə demokratik proseslərin inkişafına yardım göstərməkdir.    İctimai Birlik ulu öndər Heydər Əliyev ideyalarını əsas tutaraq, bu günə qədər keçirdiyi tədbirlərlə, gördüyü işlərlə vətəndaş cəmiyyəti quruculuğu prosesində yaxından iştirak edir, siyasi, sosial, iqtisadi, insan hüquqları… sahəsində problemlərin həlli yollarında mühüm addımlar atır. Bir daha nəzərinizə çatdırırıq ki, fəaliyyəti ulu öndər ideyalarına söykənən təşkilatın, prezident seçkilərində seçimi də, ümummilli liderin layiqli varisidir.