Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Lənkəranda mikroavtobus aşıb, 6 yaralı

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Hadisə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

Belə ki, kəndin ərazisində sərnişin mikroavtobusu aşıb. Hadisə nəticəsində 3-ü qadın olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(report)