Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Hindistanda kəskin soyuqlar 143 adamı öldürdü

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında anomal soyuqlarla əlaqədar son sutka ərazində 40-dan çox sakin həlak olub.

Son bir neçə gün ərzində ölkə ərazisi üçün rekord hesab olunan 8 dərəcəyədək şaxta hökm sürür.

Ümumilikdə, yanvarın 5-dən davam edən soyuqlardan 143 nəfər həlak olub.

Bildirilir ki, təbiət hadisəsi ilə əlaqədar məktəblərdə dərslər dayandırılır.

Kəskin soyuqların yaxın iki gündə davam edəcəyi proqnozlaşdırılır. (Trend)