Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Əvvəl özü gəldi, sonra ailəsini gətirdi – FOTO

ABŞ-ın Kolorado əyalətində maraqlı hadisə yaşanib. Belə ki, marketə bir maral girib. Müəssisə sahibi Lori Jones onu şokolada qonaq etdikdən sonra isə o, gedib və sonra ailəsi ilə birlikdə qayıdıb.

Marketin yiyəsi həmin maraqlı anları ölümsüzləşdirib.

Müəssisə rəhbəri hadisəni belə xatırlayır: «Səhər marketi açdım, az sonra dükanda bir maralın gəzdiyini gördüm. Əvvəl təəccübəlndim. Sonra onun ac ola biləcəyini ehtimal edib, şokolad uzatdım. Şokoladı ləzzətlə yeyən maralı daha sonra çölə çıxartdım.

Yarım saat sonra isə qapıda həmin maralı və digər ailə üzvlərini gördüm»

Mağaza sahibi onları araxisə qonaq etdikdən sonra müəssisədən uzaqlaşdırdığını bildirib./faktxəbər