Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

“Beşiktaş” millimizin oyunçusu üçün Bakıya gəlir

“Qarabağ”ın hücumçusu Mahir Mədətov karyerasını “Beşiktaş”da davam etdirə bilər.

Regioninfo.az “Futbol+”a istinadən xəbər verir ki, Türkiyə klubu Azərbaycan millisinin üzvünə “elçi düşüb”.

İstanbul nəhəngi Mədətov üçün “Qarabağ”a rəsmi təklif də göndərib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da bu keçidə qarşı deyil. Sadəcə, qarşı tərəf bunun üçün klub rəhbərliyini də razı salmalıdır.

“Beşiktaş”ın baş məşqçidi Şenol Günəşin “Qarabağ” – “Çelsi” matçını izləməsi təsadüfi deyilmiş. Təcrübəli mütəxəssis məhz Mədətovu izləmək üçün Bakıya təşrif buyurub.