Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Azərbaycan Kuboku: İlk yarımfinalçı bəlli oldu

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
İlk yarımfinalçının adına Gəncədə keçirilən “Kəpəz” – “Keşlə” matçından sonra aydınlıq gəlib.
Bakıda baş tutan oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab oyununda da “Kəpəz”i üstələyib – 3:2. İki oyunun nəticəsinə görə, 5:2 hesabı ilə qalib gələn “Keşlə” adını yarımfinala yazdıran ilk komanda olub. Ramiz Məmmədovun komandası yarımfinalda “Sumqayıt” – “Qarabağ” cütünün ən güclüsü ilə qarşılaşacaq.
Günün digər matçında isə “Neftçi” “Zirə”ni qəbul edəcək. Komandalar arasında Zirədə keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Səbail” – “Qəbələ” və”Sumqayıt” – “Qarabağ” matçları sabah keçiriləcək.
Azərbaycan Kuboku
14 dekabr
13:00.”Kəpəz” – “Keşlə” – 2:3
Qollar: Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)
İlk oyun – 0:2
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu
19:00.”Neftçi” – “Zirə”
İlk oyun – 0:1
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena”