Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Sənə yazacağam daha…(Vahid Məmmədli)

 

Sənə salmışam mehrimi,

Yanan od- ocağam daha.

Gözəl sözümü, şeirimi,

Sənə yazacağam daha.

 

Qarşıdadı xoş gələcək.

Dərddən, qəmdən gəl  bir əl çək.

Yuxuma bir qiz gələcək…

Sənə yazacağam daha.

 

Bu görüşə tələssək də …

Ya zirvədə, ya ətəkdə.

Ya qaranlıq meşəlikdə,

Sənnən olacağam daha.

 

Unuduram dərdi -səri.

Gendə durma, gəl irəli.

Aramızda sərhədləri,

Sənnən pozacağam daha…