Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Rusiya ABŞ-ın Qüds qərarını dəstəkləmədi

Rusiya höküməti ABŞ-ın Qüdslə bağlı aldığı qərarlara münasibət bildirib.
Regioninfo.az  xəbər verir ki, HƏMAS-ın Siyasi Büro sədri İsmayıl Həniyyə ilə Rusiyanın xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov ABŞ-ın yaxın Şərqi yerindən oynadan qalmaqallı Qüds qərarını müzakirə edib. Görüş zamanı Rusiya rəsmisi ABŞ-ın bu qərarından narahatlıq duyduqlarını bildirib.
ABŞ-ın qərarı ilə razı olmadıqlarını və Qüds məsələsində beynəlxalq qərarların önəmli olduğu vurğulanıb. Rusiya Fələstin xalqı ilə həmrəylik içərisində olduqlarını da bəyan edib.

(Publika.)