Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Ermənistan yenə Rusiyadan 100 milyon hərbi kredit götürür

Ermənistan parlamenti Rusiyadan İrəvana 100 milyon dollarlıq kredit verilməsi ilə bağlı sazişi ratifikasiya edib.

Regioninfo xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 24-də bağlanan hökumətlərarası sazişə əsasən Rusiya Ermənistana müasir silahlanma, hərbi avadanlıq əldə etmə və təchizatların maliyyələşdirilməsi üçün 100 milyon dollar məbləğində kredit ayıracaq.

Müqaviləyə əsasən, Ermənistana ayrılması nəzərdə tutulan 100 milyon dollarlıq hərbi kredit 15 il (2023-2037-ci illər) müddətinə illik 3 faizlə veriləcək.

Xatırladaq ki, 2015-ci ilin iyunun 26-da Ermənistan və Rusiya Federasiyası arasında silah tədarükü ilə bağlı 200 milyon dollarlıq kredit müqaviləsi imzalanıb.