Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Smartfonlar yeniyetmələrdə depressiya yaradır

Tədqiqatların nəticələrinə görə, smartfonlardan həddən çox istifadə bir sıra psixoloji pozğunluqlara yol açır. Bəzi hallarda bu, insan beynində dəyişikliklərə səbəb ola bilər.

Bu barədə Şimali Amerika Radioloji Cəmiyyəti alimlərinin illik yığıncağında məlumat verilib.

Tədqiqatlar zamanı smartfon və internetə çox bağlı olan 19 yeniyetmənin (orta yaş 15,9) beyninin öyrənilməsi üçün maqnit-rezonans spektroskopiyadan istifadə edilib. Müqayisə kimi həmin sayda eyniyaşlı iştirakçılar seçilib. Toplanmış nəticələrə əsaslanaraq Seulda fəaliyyət göstərən Koreya Neyroradioloji Universitetinin professoru Xyunq Suk Seo müəyyənləşdirib ki, smartfonlardan asılı olan yeniyetmələrdə depressiya, həyəcan, yuxusuzluq və impulsivlik əlamətləri daha çox özünü büruzə verir./faktxəbər