Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Rusiyanın “Axilles dabanı”: Moskvanı məğlub etməyin YOLU

Neft ixracı və qaz Rusiyanın “Axilles dabanı”dır, çünki ölkənin neft-qaz infrastrukturu Avropa bazarı ilə dərin bağlıdır”.
Regioninfo.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı, xarici məsələlər üzrə komitənin başçısı Anna Qopko deyib.
Onun fikrincə, Rusiyanın enerji resursları və energetika infrastrukturuna təsir Rusiya təcavüzünün qarşısının alınması üçün istifadə edilə bilər. Ekspertlərin məlumatlarına istinad edən deputat bildirib ki, Rusiya neftinin dörddə üçü Avropaya satılır, yəni Avropa İttifaqı Rusiyanın energetika xammalının əsas idxalatçısıdır.
“Bununla əlaqədar olaraq neft və qazdan daxilolmalar Rusiya büdcəsinin formalaşdırılması üçün böyük rol oynayır. Avropa İttifaqı güclü təsirə malikdir, bundan hələ istifadə edilməyib. Rusiyanı Ukraynanın işğal olunmuş ərazilərin azad olunmasına məcbur etmək üçün Avropanı yumşaq gücündən istifadə etməyə çağırmaq lazımdır”, – deputat vurğulayıb.
Parlament üzvünün sözlərinə görə, Avropa Rusiyaya qarşı yeni sanksiyaları tətbiq etməlidir.