Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Rusiya terrorçuların obyeklərini bombaladı

Rusiya terror qruplaşmalarına aid 1250 obyekti bombalayıb. Regioninfo.az
Publika.az-a istinadən xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi tərəfindən yayımlanan məlumata görə, Rusiyanın Hava-Kosmik Qüvvələri həftə ərzində Suriya səmalarında 500-dən çox uçuş həyata keçirib. Uçuşlar zamanı beynəlxalq terror qruplaşmalarının 1250-dən çox obyektinin məhv edildiyi qeyd edilib.
Eyni zamanda, Rusiyaya məxsus pilotsuz uçan texnika vasitəsilə cari həftə ərzində Suriyada təxminən 300 çox uçuş gerçəkləşdirilib. Nəticədə, 432 obyekt aşkarlanıb, 1238 hektara yaxın ərazi Hərbi Hava Qüvvələri tərəfindən yoxlanılıb, 45 min partlamaya hazır təhlükəli sistemlər zərərsizləşdirilib.