Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

İraq ordusu daha bir şəhəri İŞİD-dən azad edib – VİDEO

Regioninfo.az-in verdiyi məlumata görə, İraqın Ənbar vilayətinin qərbində yerləşən Rəva şəhəri İŞİD terrorçularından azad olunub. Bu barədə əməliyyata rəhbərlik edən İraqın Quru Qoşunlarının komandiri general Əbdül-Əmir Yarallah məlumat verib.

O, bildirib ki, ordu qüvvələri və “Həşd Şabi” xalq könüllülərinin keçirdiyi birgə əməliyyat zamanı Rəva şəhəri tamamilə terrorçulardan təmizlənib.

Qeyd edək ki, ordu qüvvələri şəhərin mərkəzi binalarının üzərində İraq bayraqlarını asıblar