Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

ABŞ-dan xəbərdarlıq: İlin sonuna qədər..

ABŞ-ın Xarici İşlər Nazirliyi, xüsusilə, tətil dövrlərində terror hücumlarının artmasını səbəb göstərərək vətəndaşlarına Avropaya və Şərqə səyahət etmək mövzusunda xəbərdarlıq edib.
Regioninfo.az xəbər verir ki, nazirlik vətəndaşları ilin sonuna qədər keçiriləcək festival və tədbirlərdə diqqətli olmağa çağırıb.
Yazılı açıqlamada son zamanlarda Fransa, Türkiyə, Rusiya, İsveç, İngiltərə, İspaniya və Finlandiyada baş verən terror hücumlarının Yeni il bayramı ərəfəsində İŞİD və Əl Qaidə kimi təşkilatlar tərəfindən daha sıx həyata keçiriləcəyi xəbərdarlığı edilib.
Açıqlamada, həmçinin hücum üçün terrorçuların silah, partlayıcı maddə və avtomobil kimi bir çox vasitələrdən istifadə edə biləcəyi xatırladılıb.