Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Tramp əsl məqsədini açıqladı

ABŞ prezidenti Donald Tramp Asiyaya səfərinin əsl səbəbini açıqlayıb.
Regioninfo.az xəbər verir ki, o, şərq ölkələrinə səfərinin bütün dünyanı Şimali Koreyaya qarşı birləşdirmək məqsədi daşıdığını deyib.
Prezident Asiya turundan sonra Ağ Evdə mətbuat konfransı keçirib və Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam, Filippinə səfəri haqda danışıb.
“Şimali Koreyanı nüvədən təmizləməliyik. Ziyarətimin ana səbəblərindən biri bütün dünyanı Şimali Koreya pisliyinə qarşı biləşdirmək idi”, – deyə prezident qeyd edib.
Bu arada, D.Trampın mətbuat konfransı zamanı su içərkən lentə alınan görüntüləri ABŞ mediasında gündəm olub. Daha öncə D.Tramp prezident seçkilərindəki rəqiblərindən olan Florida senatoru Marko Rubiyonun kamera qarşısında su içməsini tənqid etmişdi. Ancaq prezident bu dəfə özü M.Rubiyonun kinayəli zarafatına məruz qalıb.
M.Rubiyo tvitter hesabında D.Trampı hədəfləyərək “mənimkinə bənzəyir, ancaq öz üzərində işləməsi lazımdır. Tək səfərdə və gözlərini kameralardan qaçırmadan olmalı” yazıb.
Qeyd edək ki, 1992-ci ildə ABŞ prezidenti olan Corc Buşdan sonra ən uzun Asiya səfərinə çıxan D.Tramp 13 günlük turda Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippin prezidentləri ilə görüşmüşdü.