Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Diplomatik mənbə: Ərdoğanla Putin ərazilərin qaytarılması üzrə razılaşdı – Soçidə QARABAĞ SAZİŞİ

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb.

Regioninfo.az xəbər verir ki, bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.

Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.

“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, – deyə məlumatda qeyd olunur.