Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

“APPLE”dən gözlənilməz addım – Gələn ilə 3 “İPHONE”

Nəhəng texnologiya şirkəti “APPLE” 2018-ci ildə 3 “İphone” modelini eyni zamanda təqdim edəcək.

Regioninfo.az xəbər verir ki, analitiklər bu mobil telefonlardan birinin hazırda satışlarda rekord qıran “İphone X”in daha ucuz versiyası ola biləcəyini bildirib.

“KGI Securities” şirkətinin analitikləri “APPLE”in gələn ilin ikinci yarısında 5,8 və 6,5 düym OLED ekranlı telefonlarla yanaşı, “İphone X” kimi çərçivəsiz LCD ekrana və “TrueDepth” kameraya sahib 6,1 düymlük daha bir modeli də satışa buraxacağını deyib.

Yeni modellər olduqca inkişaf etdirilmiş formada istehsal ediləcək və yüksək qiymət etiketi ilə gələcək. Üçüncü və orta səviyyəli telefonun qiyməti isə 649-749 dollar civarında olacaq. Məhz bu qiymətə olan telefonda da “Apple”in yeni xüsusiyyəti olan “Face İD”-nin olması xüsusi diqqət çəkib.

Analitiklər, həmçinin, “Apple “in gedərək artan tələbinə cavab vermək üçün 2018-ci ilin ilk yarısında 120 milyon “İphone” istehsal etməyi planlaşdırır.