Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Alimlər gözdən əlilliyə çarə tapdılar

Oksford Universiteti araşdırmaçıları görmə qüsuru olan insanları gen müalicəsi ilə sağaldacaq.

Metbuat.az xəbər verir ki, araşdırmaçılar gen müalicəsindən istifadə edərək, gözün arxasında yerləşən və başlanğıcda işığa həssas olmayan retina hüceyrələrinə viral vektor (bioloqlar tərəfindən hüceyrə içinə genetik məhsul çatdırmaq üçün istifadə olunan vasitə) yerləşdirib.

Gənclərdə daha çox rast gəlinən gözdən əlilliyin səbəbi olan “retinis pigmentosa”ya sahib olan siçanlar ilə aparılan labaratoriya testlərində siçanların bir il ərzində görmə qabiliyyətlərini qorumaları təmin edilib. Daha sonra siçanlar ətrafdakı əşyaları tanıyan, yüksək vizaual qavrama səviyyəsinə çatıblar.

Araşdırmaçılar bu müalicə üsulunun görmə qabiliyyətini itirən xəstələr üçün ümid işığı olduğunu vurğulayır.