Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

60 ildir hamilə imiş – Tibb dünyası şoka düşdü

Həkimlər Çilidə hamilə qaldığından xəbəri olmayan 91 yaşlı Estela Melendezin bətnində əhənglənmiş 60 illik döl aşkar edib.

A24.az xəbər verir ki, qadın uzun illərdir qarnında döl daşıdığından xəbəri olmayıb. Həkimlər isə Melendezin 60 ildən çoxdur bu dölü daşıdığını bildirib.

Bu vəziyyət yaşlı qadın və ailəsi üçün böyük bir şok olub. Çünki dünyasını dəyişmiş əri və Melendez illərlə uşaq sahibi ola bilməyiblər.

Həkimlər qadını döldən xilas etmək üçün əvvəlcə əməliyyat düşünsələr də, yaşına görə bunun riskli olduğunu bildiriblər.

91 yaşlı qadın isə qarınındakı şişin ərini və uşaq sahibi olma xəyallarını xatırlatdığını deyib.(metbuat.az)

Did you find apk for android? You can find new Free Android Games and apps.