Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Mesajla pul göndərmək dövrü başlayır

Mesajla pul göndərmək dövrü başladı.
Publika.az xəbər verir ki, “Apple” şirkəti bu yeniliyi istifadəçilərinin xidmətinə verib.
Şirkətin iOS 11.2 Publik Beta 2 yenilənməsi ilə Ayfondan mesajla pul göndərmək mümkün olacaq.
Ancaq bu özəllik hələ ki, Əpl Payın keçərli olduğu ölkələrdə istifadə edilir.
Pul göndərmək üçün İMessage vasitəsilə Apple Pay stikerlərin yerləşdiyi bölmədə Apple Pay üzərinə tıklamaq və göndərmək istədiyiniz məbləği daxil etməlisiniz. Daha sonra, Apple ID-də kredit kartınıza pul köçürmək üçün “Touch ID”i və ya Face ID-dən istifadə edə bilərsiniz.