Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Sultanın bakirə qızlarla ağlasığmaz İNTİM OYUNLARI

Tarixdə bu gün – 5 noyabr 1615-ci ildə Osmanlı sultanı birinci İbrahim dünyaya gəlib.
Osmanlı sultanı birinci İbrahim – Dəli İbrahim ləqəbi ilə tanınan hökmdar öz misilsiz iyrəncliyi ilə tarixdə iz qoyub.
Səltənətinin yarısını kök qadınlarla eyş-işrətə xərclədiyi qısa zamanı çıxsaq, demək olar ki, ömrünün böyük hissəsini qəfəsdə yaşayaraq keçirib. 1640-ci ildə taxta çıxandan sonra, 8 il hakimiyyəti dövründə o, seksdən, sərxoşluqdan və kənizlərlə intim oyunlardan başqa qətiyyən heç nə ilə məşğul olmayıb. Şübhəsiz, o, ən pis türk hökmdarlarından biri olub və öz xalqının kəskin nifrətini qazanıb.
Regioninfo.az Kösəm sultanın oğlu Osmanlı hökmdarı Dəli İbrahim haqda yazını oxuculara təqdim edir:
Kösəm sultan osmanlı tarixinin 1603-1651-ci il dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuş, osmanlı tarixinin öldürülən ilk validə sultanıdır.

Amma oğlu Dəli İbrahim varlığı ilə öz sülaləsinin hakimiyyətini xeyli sarsıtdı. Atası ciddi və cəsarətli imperator idi, xalq onu sevir və hörmət edirdi. İbrahimin qardaşı IV Murad isə aşırı sərxoş həyat sürür, “qəssab” ləqəbi ilə tanınırdı. Hakimiyyət ona qismət olmur, çünki günlərin bir günü içkinin miqdarının çox olması səbəbindən dünyasını dəyişir. Budur, İbrahim taxta çıxır, lakin hamı başa düşürdü ki, o, imperatorluğu idarə edə bilməyəcək.
Saray əhli uşaqlıqdan İbrahimi ruhi xəstə, küt və axmaq kimi tanıyırdı və buna görə də, taxt-tac uğrunda mübarizədə onu təhlükəli silah hesab etmirdilər. Onu daim “Qəfəs” adlanan, sarayın xüsusi qapalı hissəsində saxlayırdılar, hansı ki, adi insanların ora getməsi qəti qadağan idi. Prinsipcə, bütün Osmanlı şahzadələri təcrid olunaraq saxlanılsalar da, İbrahim üçün hər şey daha ciddi idi. Dəhşətli fakt odur ki, ona xidmət edən qadın qulluqçuların uşaqlıq yumurtaları əvvəlcədən çıxarılırdı, kişi qulluqçuların isə qulaq pərdələri və dillərini kəsirdilər. Səbəbləri aydın olmayan, təəccüb doğuran bu cəhənnəm mühitində böyüyən uşaq, aydındır ki, tamamilə dəli olacaqdı. Ola bilsin ki, bu, həm də əvvəlcədən fikirləşilmiş plan idi.

O, hökmdar olmamalı idi, amma onun qardaşı IV Murad da özündən sonra varis qoymur və nəticədə hikkəli Kösəmin taxt-tacı əlindən çıxarmamaq baxımından başqa variantı qalmır. Hətta ölümqabağı IV Murad qardaşını öldürmək üçün yalvarır, hakimiyyəti o əbləhə verməyin acı fəsadının olacağını bəyan edirdi. Lakin ona qulaq asmadılar və İbrahimi taxta qaldırmağa qərara aldılar. Ancaq İbrahim düşünür ki, bu, onu öldürmək üçün qurulan tələdir və qəfəsdə barrikada quraraq, ora heç kəsi buraxmır. Yalnız qardaşının meyitini yanına aparandan sonra 25 yaşlı İbrahim yumşalır və onun başına tac qoyulur. Bütün ölkə bu hadisədən şokda idi.
Qeyd etdiyimiz kimi, onun taxta gətirilməsində əsas fiqur yunan keşişinin qızı, imperiyanın ən möhtəşəm validə sultanlarından olan, dul qalmış Kösəm sultan idi. Kösəm sultan çoxdan başa düşürdü ki, İbrahim böyük siyasətdə zəif fiqurdur və beləcə bütün hakimiyyəti ayrılmaz müttəfiqi, gizli sevgilisi sayılan vəziri ilə birlikdə idarə edəcək.

Bu istedadsız və tamamilə adekvat olmayan imperator haqda xeyli neqativ qeydlərə rast gəlinir:
“İbrahim zəif, iradəsiz insan idi. O, atasından yalnız qəddarlığı irsən almış, onun etdiyi yaxşı əməllərin heç birini götürməmişdi. Mahiyyətinə görə acgöz, məsuliyyətsiz, prinsipsiz, xarakterinə görə isə yalnız öz hərəmi ilə məşğul olmağı sevən, öz yüngül əhval-ruhiyyəsinin və şəhvani istəklərinin qulu idi. Şəhər hamamları onun sərəncamları ilə yoxlamalara məruz qalırdı: məqsəd onun eşqbazlığı üçün gözəl xanımlar tapmaq idi. Sultanın qəfil şıltaqlığını və ehtirasını təmin etmək üçün zərgər dükanları və avropa tacirləri talanlara məruz qalırdılar”, – deyə “Osmanlı İmpratorluğunun yüksəlişi və şöküşü” kitabının müəllifi, məşhur yazıçı Lord Kinros qeyd edir.

Hansısa məqama qədər hamı düşünürdü ki, bütün uşaqlıq və gəncliyini qəfəsdə sərgərdan yaşam tərzi ilə keçirən imperiyanın başçısı impotentdir. Amma yox, məlum olur ki, Dəli İbrahim kök, həddindən artıq piyli, dolu bədənli qadınları çox xoşlayır. Onun zövqündə olan qadında heç bir incəlik, tərbiyə və digər xüsusiyyətlər önəmli deyildi. O, seksual manyaka çevrilərək hakimiyyəti boyunca demək olar ki, məşuqələri ilə öz yatağından ayağa durmayıb.
Anası hiyləgər Kösəm başa düşür ki, hakimiyyəti öz əlində saxlamaq üçün varis lazımdır. Və İbrahimin bu zəfliyindən istifadə edərək, ona kök qadınlar axtarışına çıxır.
Hökmdarı isə öz növbəsində, yeni gözəlçələrdən başqa heç nə maraqlandırmırdı, o, bütün Aralıq Dənizinin ən gözəl qadınlarını ələ keçirmək istəyirdi. Amma hökmdar bu işdə də çox fərsiz idi: məşuqələri anası axtarmağa məcbur olurdu. İbrahimin hərəminə dünyanın hər yerindən ən kök qadınlar axın-axın gətirilirdi. Onların çəkisi 115-dən 230 kiloqrama qədər müxtəlif şəkildə dəyişirdi, buna baxmayaraq mənfur hökmdar onlardan heç cür doymaq bilmirdi. Onun kolleksiyasının incisi 160 kiloqramlıq füsunkar, “Şəkər kubik”i ləqəbli (görünür, bədənin formasına görə belə çağırılan) qadın idi.

Bu hərəmxanaya hədsiz miqdarda pul gedirdi, İbrahim kənizlərə bazarlarda kütləvi alış-veriş səlahiyyəti verir, xanımlar bütün İstanbulda bahalı nə varsa saraya daşıyırdılar. Bu, kök kənizlərdən ibarət əsl mütəşəkkil dəstə idi. Ümumiyyətlə, məşuqələri arasında hökmdar xeyirxahlıq mücəssəməsi olmasına baxmayaraq, bir dəfə mənasız zarafat (görünür, onu başa düşməyib və ya səhv başa düşüb) üzündən demək olar ki, bütün hərəmxananı dənizdə boğmağa fərman verir…
Dövrün ən qüdrətli İmperiyasının hökmdarının ən sevimli məşğuliyyətlərindən biri də “at” oyunu idi. O, çılpaq formada bakirə qızların ətrafında dövr edir və təsadüfi seçdiyi qızın üstünə tullanır, digərlərinin gözü qarşısında qurbanın bakirəliyinə son qoyurdu. Çox qadın bu oyundan narahat idi və hətta utanırdılar, amma Əlahəzrətin istəyinə qarşı gəlmək mümkün deyildi. Zaman keçdikcə İbrahimin etdikləri xalq arasında yayılır, oradan da başqa ölkələrə keçirdi.

Təəccüblü deyil ki, bu cür davranışları onun süqutuna gətirib çıxarırdı. Bundan başqa, o, qəzəb pristuplarından əziyyət çəkirdi və bir dəfə az qala oğlunu hovuza salaraq öldürəcəkdi. Hadisədən sonra oğlunun başında çapıq həmişəlik qaldı. Bu hadisə saray üçün də olduqca pis hərəkət idi: əgər hökmdar öz varisini öldürsəydi, o zaman vətəndaş müharibəsi və qırğın başlayacaqdı, o isə deyəsən, bunun heç də fərqində deyildi.
Nəhayət, bir dəfə İbrahim bütün mümkün olan həddi keçir və buna görə öz taxt-tacı ilə dərhal vidalaşmalı olur. O, iri məmur sayılan yüksək rütbəli din xadiminin, müftinin qızına göz salır. Ağlı başında olmayan hökmdar onu zorlayır və atır. Artıq heç kim imperiyada buna dözə bilmədi və saray əhli hökmdara qarşı üsyana qalxdı. Qəzəb o həddə idi ki, hökmdarı min yerə parçalamaq istəyirdilər. Dəli İbrahim dərhal anasının yanına qaçır və o, növbəti dəfə öz axmağ-oğlunu müdafiə etməyə müyəssər olur. Sultanı öldürmürlər, lakin onun üçün dəhşətli kabus sayılan qəfəsə qaytarırlar.

Lakin biabırçı hadisənin qisası bütün hədləri azmış hökmdardan alınmalı idi. Bir müddət sonra həmin müfti Divana (yerli parlament) müraciət edərək, onların izni ilə keçmiş sultanın qətlinə rəsmən fətva verir. Həmin dövrün adətinə görə cəllad, imperatorun salındığı qəfəsə gəlib onu boğaraq öldürməli idi. Həyatında ilk dəfə Dəli İbrahim iradə nümayiş etdirir, var gücü ilə cəlladla vuruşurdu. Amma “Qara Əli” ləqəbli cəllad sonunda Osmanlının qara ləkəsi adlandırılan mənfur hökmdarı boğaraq öldürə bilir.