Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Səhər yeməyən insanların arterial damarları daha tez tutulur

İspan mütəxəssislərinin apardığı araşdırmalara əsasən, səhər yeməyinin yeyilməməsi ateroskleroz riskini artırır. Səhərlər yeməyən, yaxud bir stəkan çay və ya qəhvə ilə kifayətlənən insanların arterial damarlarında kirəcləşmə prosesi baş verir.
Bunu III Karlos adına Ürək-Damar Xəstəlikləri İnstitutunun alimləri müəyyən ediblər. Ateroskleroz hətta gizli dövrdə də serebral iflic və infarkt riski yaradır.
Yaşı 40-54 arasında 4 min könüllü üzərində aparılan müşahidələr zamanı arterial damarlarda tıxanmalar aşkarlanan şəxslərin hamısının səhər yemədikləri bəlli olub. Araşdırmaların rəhbəri İsidro Vila Kosta müsahibəsində qeyd edib ki, ataların dediyi “Səhər yeməyini kral, naharı şahzadə, axşam yeməyini isə kasıb kimi ye” fikri özünü bir daha doğruldub. (Azərtac)