Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Bolqarıstan prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.

Regioninfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.

R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadəMilli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.

Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticari-iqtisadi, təhsil, elm, mədəniyyət, energetika və nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Bolqarıstana tədarükü, eləcə də aktual beynəlxalq problemlərin və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.