Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Moskva ABŞ Baş konsulluğunu bağlamağa hazırlaşır

ABŞ-ın Rusiyadakı Baş konsulluqlarından biri bağlana biri bağlana bilər

“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru Georgi Borisenko bildirib.

Diplomat qeyd edib ki, Moskva Rusiyanın ABŞ-dakı diplomatik mülkiyyəti ətrafında vəziyyətlə əlaqədar cavab ölçülərinin müxtəlif variantlarına baxır.

“Moskvanın cavabına gəlincə, biz artıq açıq şəkildə dedik ki, diplomatiyada qarşıqlılığın dəyişməz prinsipi mövcuddur. Bu haqda amerikalılar da əla bilirlər”, – agentlik Borisenkonun sözlərini sitat gətirib.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Bu məhdudiyyətlərə əsasən, San-Fransiskodakı Rusiya Baş konsulluğu, eləcə də Vaşinqton və Nyu Yorkdakı konsulluq obyektləri bağlanıb.