Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Meyvələrin üstünə limon sıxsanız…

Yeməklərin qida dəyəri necə artıq olar?
Avstraliyalı sağlam qidalanma mütəxəssisi Fiona Tak yemək məhsullarının qida dəyərini artırmaq üçün üzərinə limon sıxmağı məsləhət görüb.
Regioninfo xarici mətbuata istinadən oxucuları dietoloqun məsləhətləri ilə tanış edib.
Yumurta qabığını limon suyunda saxlayın. Sizə qəribə gəlməsin. Bu, kalsium və mineral faizini artırmağın ən əlverişli yollarından biridir.
Təzə limon suyunu sıxdıqdan sonra boş yumurta qabığını onun içinə qoyun və soyuducuda bir gecə saxlayın. Yumurta qabığındakı minerallar limon turşusuna hopacaq. Həzm sistemini yaxşılaşdırmaq və qidaların yaxşı udulması üçün limon suyunu səhərlər ilıq suyla qarışdırıb için.
Meyvələrin üzərinə limon suyu və ya sürgəcdən keçirilmiş limon qabığı əlavə edin. Meyvələrin üzərinə limon suyu sıxmaq onları C vitamini ilə zənginləşdirir.
Tərəvəzləri antioksidantla zənginləşdirmək üçün üzərinə zeytun yağı əlavə edin.
Tərəvəzləri bişirdikdən sonra üstünə bir miqdar saf sızma zeytun yağı tökün. Beləliklə də onların iltihab önləyici xüsusiyyəti və orqanizmdə sərbəst radikalları məhv edən kimyəvi maddələrin sayı (antioksidant) artır. Bundan başqa zeytun yağı tərəvəzlərdə olan faydaları maddələrin bədən tərəfindən sorulmasına kömək edir.