Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Lazer epilyasiyası haqqında MARAQLI FAKT

Qadınlar bədənindəki xoşagəlməz tükləri ənənəvi yollarla təmizləməyə ömrünün 1000 saatını sərf edir.
Regioninfo Türkiyə mətbuata istinadən xəbər verir ki, bu barədə dəri xəstəxanasının qurucusu həkim Levent Türbedar məlumat verib:
“Xoşagəlməz tüklərdən xilas olmağın ən təsirli yollarından biri lazer epilyasiyasıdır. Xüsusilə qadınlar üçün bu, inqilabi üsuldur. Çünki qadınlar əsrlərdir ki, tüklərdən xilas olmaq üçün mübarizə aparır və həyatının 1000 saatını ona sərf edir. Halbuki, onlar tükləri təmizlədikləri vaxtı özlərinə və inkişaflarına sərf edə bilərlər.
Xoşbəxtlikdən müasir tibbi avadanlıqlar tüklərdən qısa müddətdə xilas olmağa kömək edir. Üstəlik lazer epilyasiyası tüklərin çıxmasını bir müddət sonra dayandırır. Bu da o deməkdir ki, lazer epilyasiyası ilə problemi kökündən həll etmək qadınlara əlavə vaxt qazandırır”.
Həkim onu da bildirib ki, gözəllik mərkəzlərində hormon və genetik fərqlərə əsasən müxtəlif lazer epilyasiyaları təklif olunur.