Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Millimiz 2-ci oyununda serblərə uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Regioninfo goal.az-a istinadən xəbər verir ki, 7-ci qrupda mübarizə aparan yığmamız 2-ci turda Serbiya ilə qarşılaşıb. Bu görüşdə komandamız 1:4 hesabı ilə uduzub. Millimiz ilk görüşdə İrlandiya ilə qolsuz heç-heçə etmişdi.
7 oktyabr
U-19 Avropa çempionatı
Serbiya – Azərbaycan – 4:1
Yovanoviç, 36 (1:0), 52 (2:0), Terziç, 73 (3:0), Maksimoviç, 83 (4:0), Bahadur Hazıyev, 90-pen (4:1)