Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Asılılıq yaradan qidalar

Qidalarla bağlı araşdırma aparan mütəxəssislər bəzi yeməklərin beyinə mənfi təsir etdiyini və asılılıq yaratdığını ortaya çıxarıb. Asılılıq yaradan qidaların siyahısını təqdim edirik:
Mütəxəssislər asılılıq yaradan qidalara 1 ilə 7 arasında xal verib. Sevsək də, dadına baxmaqdan imtina edə bildiyimiz yeməklər 1 xalla, heç cür imtina edə bilmədiyimiz yeməklər isə 7 xalla qiymətləndirilib.
Pizza – 4.01
Bir dilim pizzada 300 kalori və 10 qram yağ var. Ət əlavə olunduqda isə kalorisi 360-a qalxır.
Şokolad – 3.73
Drexel Universitetinin apardığı araşdırmalara görə, şokoladın beyində yaratdığı təsir narkotikin yaratdığı təsirə çox bənzəyir.
Kartof çipsiləri – 3.73
Şokoladın yaxın dostu kartof çipsinin 30 dənəsi 320 kalori və 20 qram yağ ehtiva edir.
Peçenye – 3.71
4 orta boy peçenyedə 192 kalori və 10 qram yağ var. Aparılan təcrübələrdə siçanlara peçenye veriləndə kokain asılılığı ilə ekvivalent reaksiyalar ölçülmüşdür.
Kola – 3.29
Qazlı içkilər xərçəng, köklük və yüksək təzyiqin əsas səbəblərindən biri kimi göstərilir. /Publika.az/