Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Feysbukdan 1 milyard dollarlıq investisiya

Feysbuk ABŞ-da böyük bir investisiya yatırmağı planlaşdırır.

Bununla bağlı Virciniya qubernatoru Terri McAulife açıqlama verib.
O, feysbukun Henriko əyalətində bir məlumat mərkəzi inşa etdirəcəyini bildirib. Şirkət pulun 750 milyon dollarını binanın tikintisi və infrasutrukturuna, 250 milyonunu isə günəş enerjisi panellərini qurmağa xərcləyəcək. Bu investisiya Virciniyanın texnologiya mərkəzinə çevirməsinin bir hissəsidir.