Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Azərbaycan Dünya Boks Şurasına üzv qəbul olunub

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv qəbul olunub.
Bu barədə WBC prezidenti Maurusio Süleyman Bakıda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söhbət olub: “Prezident İlham Əliyev çox sadə və idman sahəsində geniş məlumatlara sahib adamdır. Prezident idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın. Azərbaycan bu il WBC peşəkar boks federasiyasının tərkibinə 166-cı sırada yer alır. Gələcəkdə WBC boks federasiyası inkişaf məqsədilə qadınlar arasında keçirilən peşəkar döyüşlərə daha çox üstünlük verəcək.”
Süleymanınən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inandığını vurğulayıb.