Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

AÇ-2017: 6-cı gün – NƏTİCƏLƏR və TƏQVİM

Azərbaycanda və Gürcüstanda keçirilən voleybol üzrə qadınlar arasında Avropa çempionatının 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Oyunların nəticələrini təqdim edirik:
İtaliya – Hollandiya 0:3
Serbiya – Belarus 3:0
Sabah 1/4 final mərhələsinin növbəti iki oyunu keçiriləcək. 1/4 final mərhələsin ikinci günündə Azərbaycan – Almaniya, Rusiya – Türkiyə oyunları keçiriləcək.
Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu – Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.
Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.
Yarışda 16 komanda – A qrupunda Azərbaycan, Macarıstan, Almaniya, Polşa, B qrupunda Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, C qrupunda Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, D qrupunda isə Niderland, Serbiya, Belçika və Çexiya voleybolçuları mübarizə aparır. (Trend)