Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

“Apple”dən daha bir yenilik

Texnologiya nəhəngi olan “Apple” şirkəti öz brauzerini yeniləyib. Hazırda istifadə edilən “Safari 11″ brauzeri “macOS Sierra” və “OS X El Capitan” sistemlərini dəstəkləyəcək.
Brauzerin yeni versiyasında bir çox yeni funksiyalar istifadəyə verilib. Burada “Videonun avtomatik açılması və blok olunması”, “üçüncü şəxslər tərəfindən məlumatların oğurlanmasının qarşısını alan mühafizə bloku”, “ayrı-ayrı saytların göstərilməsi ilə sürətli pəncərə panelləri” nəzərdə tutulur.
Artıq miqyaslama səviyyəsini seçib oxuma rejimini işə salmaqla istənilən saytlar üçün zəruri məhdudiyyətlər qeyd etmək olar. Bununla yanaşı, yeni versiyada brauzerin sürətidə artırılıb. HTML5 məzmun üçün yeni idarəetmə elementlərini də aktivləşdirib.
Yeni versiya “Mac App Store”un bütün istifadəçiləri üçün aktivdir.
Sentyabrın 25-dən yenilənəcək “MacOS High Sierra” əməliyyat sistemində “Safari 11” əsas brauzer olaraq qalacaq.