Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Ayfonu əslində hindular kəşf edib?- FOTOFAKT

1937-ci ildə italiyan rəssamı tərəfindən çəkilmiş tabloda “iPhone” markalı mobil telefona bənzəyən cihaz aşkar edilib.
Rəsm əsəri Umberto Romanonun çəkdiyi “Cənab Punçon və Springfield qəsəbəsi” tablosudur.
Əsərdə ingilis kolonisti Vilyam Punçon təsvir edilib. Onun yanında isə milli geyimdə olan bir hindunun əlindəki cihaza baxdığı görünür. Hindunun yanında əlibağlı şəkildə oturan adam hindunun əlindəki lövhəyə baxmağa can atır. Lakin maraqlısı odur ki, gəmidəki digər insanlar bu cihazla qətiyyən maraqlanmırlar.

Rəsm əsərini mediada işıqlandıran “Motherboard” qəzetinin redaktoru Brian Anderson əsərin şəkilini tarixçi Daniel Krovnun rəssam haqqında yazdığı bir məqalədən götürdüyünü deyib.
Lakin həmin tarixçi bütün bu iddialara rəğmən, hindunun əlindəki əşyanın hər hansı smartfon deyil, güzgü olduğunu ehtimal edir.