Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Elşad Xose arıqlayıb tanınmaz hala düşdü

Xəbər verdiyimiz kimi Elşad Xose dünən baş rollarda Oskana Rəsulova və Xalq artisti Fuad Poladovla çəkildiyi “Mələyin öpüşü” filmi ilə bağlı keçirilən filmin mətbuat konfransında iştirak edib.
Publika.az xəbər verir ki, konfransda sualları cavablandıran Elşad Xose həddən artıq arıqlaması ilə diqqət çəkib. Reper arıqlamasını “Camaat arıqlamaq üçün bir ətək pul xərcləyir, mən özüm arıqlamışam” deyərək zarafatından qalmayıb.
Daha sonra həddən artıq çəki atmasının əsl səbəbini açıqlayıb:
“Əslində bu barədə çox danışmaq istəmirdim. Yeni qısa metrajlı film üzərində işlədiyim üçün arıqlamışam. İnşallah hazır olandan sonra bu barədə danışaram”. -+