Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq – BU HƏFTƏDƏN

Futbol üzrə Türkiyə Super Liqasının oyunları Azərbaycanda ilk dəfə CBC Sport telekanalı vasitəsilə yayımlanacaq.
Bu barədə telekanalın baş direktoru Volkan Üst bildirib.
O deyib ki, Digitürk xarici ölkələr arasında ilk dəfə Azərbaycan telekanalına yayım hüququnu verib. V.Üst 3 ay öncə başlanan danışıqların AFFA-nın da dəstəyilə müsbət yekunlaşdığını vurğulayıb. Oyunlar CBC Sportun şərhçiləri tərəfindən şərh olunacaq.
Qeyd edək ki, CBC Sport yayıma bu həftədən başlayacaq. Hər tur 2 oyun canlı yayımlanacaq.