Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Ali təhsil almaq istəyən şəxslər üçün qacırılmaz fürsət

Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi 2016-ci ildən Ukrayna  Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti  ilə tələbə qəbulu üçün əməkdaşlığa başlamışdır. Qəbul sadəcə attestatla aparılır.

Məlumat üçün bildirmək istərdim ki,  qəbul prosesi təhsilin bakalavr və magistr pillələri üzrə aparılır. Bakalavr pillləsi üzrə 4 fakultə, əyani və qiyabi təhsil formaları mövcuddur ki, bunlar aşağıdakılardır:

  1. Nəqliyyat iqtisadiyyatı fakultəsi;
  2. Yol hərəkətinin idarə edilməsi fakultəsi;
  3. Mexanika fakultəsi;
  4. İnşaat fakultəsi;
  5. Avtomatlaşdırma fakultəsi.

Ukrayna  Dövlət Dəmir Yolu Nəqliyyatı Universiteti Dövlət təhsil müəssisələrinin 4 cü dərəcəli akkreditasiyası ilə 1930-cu ildə yaradılmışdır. Ukrayna  Dövlət Dəmir Yolu Nəqliyyatı Universitetinin  diplomları bütün dünya dövlətləri qanunvericiliyi (həmçinin Azərbaycan) əsasında rəsmi olaraq tanınır. Universitetin TEMPUS proqramı ilə əməkdaşlıq edəcək tələbələri həmçinin Fransanın SNAM Univertitetinin diplomunu əldə edə biləcəklər.

Bizimlə əməkdaşlıq edəcək şəxslərə daha bir imkan yaratmışıq ki, 5-11 sentyabr 2016-cı il tarixlərində Ukrayna  Dövlət Dəmir Yolu Nəqliyyatı Universitetinin rektoru başda olmaqla nümayəndə heyəti Azərbaycanda olacaqdır. Həmin tarixə qədər müraciət etmiş şəxslərin qəbulu məhz Bakı şəhərində aparılacaqdır ki, bununla da xidmətimizdən istifadə edən şəxslər qəbul üçün əlavə yol, nəqliyyat və digər xərclərdən azad olmuş olacaqlar.

Bundan əlavə nəzərinizə çatdırmaq istərdik ki, Ukraynada texnikomlara da qəbul 9 illik şəhadətnamə ilə aparılır. Attestat və şəhadərtnamələrdə olan 2 qiyməti nəzərə alınmır. Texnikom təhsilinin bir üstünlüyü vardır ki, təəbə 4 il təhsil aldıqdan sonra Ukraynanın istənilən ali təhsil müəsisəsinə 2-ci və ya 3-cü kurs tələbəsi kimi daxil ola və təhsilini bakalavr pilləsində davam etdirə bilər. Yəni, ilk iki il 10 və 11-ci sinif üçün aldığı təhsildən sonra oxuyacağı növbəti iki il itməyəcək və bakalavr təhsilində kurs irəliləməsində öz təsrini göstərəcəkdir. Ali və orta ixtisas təhsili üçün Azərbaycan bölməsinin tələbələri də müraciət də bilər. Bu halda onlar əyani təhsil formasında əgər tələbə rus dilini bilmir və öyrənmək istəyirsə bir illik rus dili tədrisinə yönləndiriləcəklər (qiyabi təhsildə bu kurs yoxdur birbaşa 1-ci kurs tələbəsi olunur)