Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

İctimai Birlik millət vəkili Məlahət İbrahimqızına dəstəyi üçün təşəkkür etdi

“Milli Məclisin deputatı Məlahət xanım İbrahimqızı yaxın günlərdə verdiyi müsahibəsində “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi tərəfindən irəli sürülən Leyla xanım Əliyevanın deputat seçilməsi fikrinə öz müsbət dəstəyini ifadə etmişdi ki, bu da bizim üçün sevindirici məqam oldu.” Bu sözləri “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin sədri Əsgər Məmmədov demişdir.

“Biz Məlahət xanımı elm xadimi, ziyalısı və Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən, sözünü yüksək tribunalardan qorxmadan cəsarətlə deyən Həcər, Nigar, Nüşabə qeyrətli Azərbaycan xanımı kimi tanıyırıq və qəbul edirik. O, azaqdlıqdan məhrum edilmiş vətəndaşlarının hüquqlarının müdafiəsində və onların əfv edilməsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyada, Azərbaycan qadınlarının hüquq-bərabərliyinin qorunmasında  və müdafiəsində, gender bərabərliyinin inkişafında böyük işlərə imza atmış, həmçinin Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri,  Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Liviya, Azərbaycan-Suriya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi daim fəal və çətin işlərin öhdəsindən gəlmişdir. DCİY İB olaraq biz də sizin fəaliyətinizlə daim maraqlanır və xidmətinizi yüksək qiymətləndiririk.

 24 may 2017-ci il tarixində “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin baş ofisində İB-nin idarə heyəti ilə üzvləri arasında keçirilmiş növbəti görüş zamanı Mehriban xanım Əliyevanın Xəzər rayonu, eləcə də ölkəmiz üçün bu günə qədər olan fəaliyyətindən geniş söhbət açılmış, onun birinci vitse-prezident seçilməsi səbəbilə xitam verilən 14 saylı Xəzər rayon ikinci seçki dairəsindən olan deputatlıq fəaliyyətinin ən layiqli davamçısının Leyla xanım Əliyeva ola biləcəyi təklifi irəli sürmüş,  bu haqqda müvafiq orqanlara da təklif olaraq rəsmi müraciət edilmişdir. 12 iyun 2017-ci il tarixində deputat Məlahət xanım İbrahimqızı öz müsahibəsində bu fikirə dəstəyini nümayiş etdirmişdir ki, bu hal bizim üçün  sevindirici məqamdır.”