Azərbaycan və region üzrə ən son və dəqiq məlumatlar və xəbərlər portalı

Nizami rayon məktəbləri arasında intellektual yarış həyata keçirilib – FOTOLAR

Bu gün “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Heydər Əliyev və müasir Azərbaycan tarixi” adlı layihəsi çərçivəsində eyni adlı intellektual yarış keçirilmişdir. Bu barədə “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyinin prezidenti Əsgər Məmmədov məlumat verib.

Ə.Məmmədov bildirib ki, layihənin əsas məqsədi Bakı şəhərinin Binəqədi və Nizami rayonunda məktəblilərin tarixə olan maraqlarını artırmaq, müasir Azərbaycan tarixində Ümumilli Liderimizin Azərbaycanın yaradıcısı olaraq keçdiyi yollarla yaxından tanış etmək, müasir Azərbaycan tarixinin dərindən mənimsənilməsi üçün məktəblilər arasında güclü rəqabət mühiti yaratmaqdır. “Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində həyata keçirdiyimiz ilk tədbir olan Bakı şəhər Nizami rayonunda fəaliyyət göstərən məktəblər arasında “Heydər Əliyev və müasir Azərbaycan tarixi” adlı intellekrual yarış bu gün baş tutdu. Yarışda Nizami rayon 62 saylı orta məktəbin şagirdləri 1-ci yerə layiq görüldülər. Çox sevindirici haldır ki, bütün şagirdlərdə bu mövzuya olduqca böyük maraq, həvəs müşahidə olundu. Və eyni zamanda bu hal bizə, vətəndaş cəmiyyətinin hər bir üzvünün üzərinə böyük öhdəlik qoyur. Bu mövzuda olduqca həssas olmağı, böyük diqqət göstərməyi, düzgün, doğru məlumat çatdırmağı bizdən tələb edir.

Layihə rəhbəri Fidan Yusiflinin verdiyi məlumata görə, layihənin davamı olacaq növbəti yarışmada Binəqədi rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin bilikləri qiymətləndiriləcək.

IMG_5364 IMG_5345 IMG_5334 IMG_5278 IMG_5294 IMG_5307 IMG_5308 IMG_5323 IMG_5276 IMG_5272 IMG_5266