Sağlamlıq

Yeyə-yeyə arıqlamaq istəyirsinizmi?

Aşağıdakı qidalar orqanizmdəki yağların ərinməsində yarıdımçı olur.

Bunun üçün aclıq hissini aradan qaldrımaqla yeyərək arıqladan qidalardan istifadə edin. Aşağıdakı qidalar orqanizmdəki yağların ərinməsində yarıdımçı olur.
Regioninfo immunitet.az-a istinadən bildirir ki, yeyərək arıqlamaq hər bir qadının arzusudur. Ətrafımızda bu qədər yeməklərin və müxtəlif dadlı qidaların olduğu zaman onlardan dadmamaq əslində mümkün deyil. Amma bəzi qidalar vardır ki, onlardan çox istifadə etdikdə orqanizmdə yığılıb qalan artıq piylərdən azad olmaq mümkün olur. Belə qidalar orqanizmin vitamin balansını saxlamaqla piyləri əridir. Həmin qidalardan gün ərzində istədiyiniz qədər yeyərək aclıq hissinizi aradan qaldrmaqla arıqlamaq olur. Belə qidalara aşağıdakılar aiddir:
1. Yumurta.
Suda bişirilərkən sarısı tam bərkiməmiş yumurtanın tərkibində çoxlu vitamin və minerallar var. Bir bişirilmiş yumurta orqanizmin zülala olan sutkalıq ehtiyacını 15%-ni ödəyir.
2.Turşuya qoyulmuş kələm.
Kələm orqanizmin enerjiyə və vitamin C-yə olan təlabatını ödəmək qabiliyyətinə malikdir. Kələm lifli tərəvəz olduğuna görə o qəbizliyi aradan qaldırır, bağırsaqların fəaliyyətini sürətləndirir və həzm sistemini yaxşılaşdırır. Turşuya qoyulmuş kələm orqanizmdə hüceyrələrin yenilənməsi prosesini sürətləndirir və qanda pis xolesterinin miqdarını azaldır. Kələm turşusunun tərkibində olan antioksidantlar qocalmanın qarşısını alır.
3. Közdə bişən kartof.
Közdə bişən kartofun kaloriliyi az olur və mədə-bağırsaqdan rahat sorulur. Bu cür kartofun tərkibində olan minerallar əzələlərdə olan qıcolmaların aradan qalxmasına səbəb olur. Közdə bişən kartof cinsi zəifliyin aradan qalxmasına səbəb olur.
4. Qatıq.
Gün ərzində bir-neçə dəfə qatıq yeyərək aclıq hissini aradan qaldırmaq mümkündür. Amma gərək qatığın yağlılığı 2%-dən artıq olmamalıdır. Qatığın tərkibində olan kalsium və zülallar bağırsağın mikroflorasını yaxşılaşdırır.
5. Ənginar.
Bu tərəvəzin tərkibi az kalorilidir, amma zülal və karbohidratla zəngindir. Ənginardan hər gün istifadə etmək orqanizmin qidalardan aldığı kalorilərin mənimsənilməsinə səbəb olur.
6. Lobya.
Mütəxəssislər arıqlamaq istəyənlərə hər gün suda bişən qırmızı lobya yeməyi məsləhət bilir. Qırmızı lobya orqanizmdəki artıq piylərin əriməsinə səbəb olur. Qırmızı lobya həzmi sürətləndirərək qəbizliyi aradan qaldırır və adamı tox tutaraq aclıq hissini aradan qaldırır.
7. Badam.
Dietoloqların fikrinə görə badam arıqlamaq üçün ən yaxşı vasitədir. Belə ki, aclıq hissi zamanı badam yemək qida qəbuluna olan tələbatı azaltmaqla yanaşı orqanizmin vitamin və mineral balansını ödəyir.
8. Zeytun.
Zeytun mədəyə düşən qidanı nəzarət altına alır və onun çəkini artırmasına yol vermir. Gün ərzində 10 ədəd zeytun yemək və ya 1 qaşıq zeytrun yağı içmək orqanizmdə yağ-piy və duz mübadiləsini normallaşdırır, toksinləri xaric edir.
9. Kişmiş.
Kişmiş orqanizmdə depolanmış piylərin parçalanmasında mühüm rol oynayır. Kişmişdən hazırlanmış cem isə orqanizmi tox tutaraq aclıq hissini aradan qaldırır və artıq qida qəbuluna yol vermir. Cemi hazırlamaq üçün 100 qram kişmiş, 100 qram qaysı, 100 qram qara gavalı, 200qram bağayarpağı üyüdülür və üzərinə bal əlavə edilir. .Cemdən gün ərzində 2 dəfə 1xörək qaşığı yedikdə toxluq hissi yaranır və orqanizm zərər görmədən arıqlayır.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close