Xəbər

Xalq artisti haqqındakı erməni iddialarına cavab verdi

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə erməni qarmon ifaçısı Varujan Şahbazyanı tərifləməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

B.Dadaşova “İnstagram” səhifəsində paylaşım edərək özünü müdafiə edib və yayılan məlumatları “qara piar” adlandırıb:

“Əziz dostlarım, mənə “qara piar” edən “yalançı vətənpərvərləri” qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki?! Çünki bunları döyüş meydanlarına göndərsə,n heç biri ora yaxın getməz. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının “İnstagram” paylaşımlarına münasibət bildirdiyi üçün tənqid hədəfinə tuş gəlib.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close