Region

Xaçaturov Ermənistana qayıdır

Sarkisyanla danışıqlar aparacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni baş katibi Yuri Xaçaturov 28-30 avqust tarixlərində Ermənistana səfər edəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, səfər 2017-ci ilin payızında Minskdə Kollektiv Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və KTMT-nin Təhlükəsizlik Şurasının katibliyinin birgə iclasına hazırlıq məqsədi daşıyır.

Xaçatorvun bu məqsədlə KTMT-ya üzv olan digər ölkələrə də səfəri planlaşdırılır.

Ermənistana səfəri çərçivəsində KTMT rəhbərinin prezident serj Sarkisyan, XİN rəhbəri Edvard Nalbandyan, müdafiə naziri Vigen Sarkisyan və parlamentinin spikeri ilə görüşü gözlənilir.

Daha Çox Göstər

Bənzər Məqalələr

Bunlara da bax

Close
Close