Sosial

Xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən verilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Daha Çox Göstər

Bənzər Məqalələr

Close